Səhər saatlarında çox insan doyunca yatıb, ötən gün xərclənən enerjini bərpa edib, yeni günə yenilənmiş enerji ilə başlamaq istəyir. Ancaq yeni günə hazır olmağın sirri sadəcə, sağlam yuxu deyil.

Sabahın erkən saatlarda idmanla məşğul olmaq sizə gün boyunca yüksək enerji bəxş edə bilər, əhval-ruhiyyənizi yüksəldər, artıq çəkidən azad olmağa yardımçı olar.

Səhərlər idmanla məşğul olmağın yaş kateqoriyasından asılı olmayaraq, artıq demək olar ki, böyük əksəriyyətin probleminə çevrilən diqqət əskikliyinə də təsiri danılmazdır. Ümumiyyətcə, fiziki aktivlik günün vaxtından asılı olmayaraq insana müsbət təsir edir.

38f75f84 3202 44fc a95c db2de28e7236 - Futbolinfo.az

Ruxsarə Hüseynova (həkim): “İdman canın cövhəridir, deyirik həmişə. Doğrudan da helədir. Bu dəqiqə metabolizm sindromlu xəstələr, diabetik xəstələr, piylənmə ilə olan xəstələr çoxdur. Buna görə onlar səhərlər idmanla məşğul olmalıdırlar, fiziki aktiv olmalıdırlar ki, metabolizm normallaşsın. Hər şey arıqlama dərmanı ilə yox, fiziki hərəkətlə olmalıdır. Fiziki aktivlik zamanı bizim beyin hüceyrələrində, neyronlarda yerləşən endorfin adlanan hormon var, onun miqdarı artır və biz xoş əhval-ruhiyyə ilə işə başlayırıq”.

Əgər fiziki aktiv həyat tərzi yaşamaq istəyirsinizsə, səhərlər 45 dəqiqə idmanla məşğul olmaq yetərli hesab edilir. Sabah məşqi sadəcə, gümrahlıq demək deyil, həmçinin emosional durumun da yaxşılaşması deməkdir. Bu səbəbdən idman etdiyiniz zaman sevdiyiniz musiqini dinləməkdə də fayda var. Bir də ki, idmanla məşğul olmağın yaş həddi yoxdur.

4fbec4d2 5178 456b a614 0f7d933019c0 - Futbolinfo.az

Alimlərin araşdırmalarına görə, səhərlər davamlı məşqlər etmək üçün 21 günlük baryeri aşmaq lazımdır. Burada əsasən psixoloji amil rol oynayır. Belə ki, bu müddət yeni vərdişin mənimsənilməsi üçün ideal zaman kəsiyidir.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: