Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, buna Qazaxıstan və Litva çempionatlarında qızıl medalçının səbətinin bəlli olması ilə aydınlıq gəlib.

Belə ki, “Panevejis” və “Ordabasi”nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Bu da o deməkdir ki, püşkdə güclülərin səbətində qərarlaşacaq “Qarabağ” adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu “Vikinqur”un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bilinirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp