“Mançester Yunayted”in problemlərini statistika açıq şəkildə göstərir. İngiltərə nəhəngi hətta autsayderlərin özünə rəva görmədiyi seriya ilə üz-üzədir.
Futbolinfo.az xəbər verir ki, mankunianlar ardıcıl 6 matçdır rəqiblərinin onun qapısına 20-dən çox zərbə endirməsinə (orta hesabla hər oyuna 26) icazə verir. Bu isə yüksək yerləri hədəfləyən komanda üçün bağışlanmaz statistikadır.
Belə rəqəmlərn siyahıya alındığı 2003/2004 mövsümündən bəri yalnız “Blekpul” rəqibləri üçün belə səxavətli olub. Sözügedən komanda 2010/11-ci illər mövsümündə 8 dəfə qapısının bu şəkildə hədəfə düşməsinə imkan vermişdi.
Son turda “Bornmut” “qırmızı şeytanlar”ın 8 zərbəsinə 20 zərbə ilə cavab verməklə seriyanın davam etməsinə şərait yaradıb. Ümumiyyətlə, cari mövsümdə “Mançester Yunayted”in qapısına 565 zərbə endirilib ki, bu statistika hətta autsayderlərdə də yoxdur.