Peşəkar Tennis Assosiasiyasının (ATP) yeni reytinqi dərc edilib.

Dünən başa çatan Monte-Karlo turniri ciddi dəyişikliklərə səbəb olub. Ötən il turnirdə çempion olan Andrey Rublyov ikinci turda avstraliyalı Aleksey Popırinə uduzaraq 955 xal itirib.

Turnirin finalında yunanıstanlı Stefanos Tsitsipas norveçli Kasper Rudu məğlub edib. Hər iki tennisçi reytinq cədvəlində Rublyovu qabaqlayıb.

Serbiyalı Novak Cokoviç yerini qoruyur.

ATP reytinqi (15 aprel):

1 (1). Novak Cokoviç (Serbiya) – 10035 xal;

2 (2). Yannik Sinner (İtaliya) – 8750;

3 (3). Karlos Alkaras (İspaniya) – 8645;

4 (4). Daniil Medvedev (Rusiya) – 7085;

5 (5). Aleksandr Zverev (Almaniya) – 5425;

6 (10). Kasper Ruud (Norveç) – 4025;

7 (12). Stefanos Tsitsipas (Yunanıstan) – 3995;

8 (6). Andrey Rublyov (Rusiya) – 3935;

9 (8). Hubert Hurkaç (Polşa) – 3675;

10 (9). Qriqor Dimitrov (Bolqarıstan) – 3640.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp