Dünya basketbolunun kralı Maykl Cordanın idman ayaqqabıları hərracda satılıb.
“Air Jordan XI” adlı idman ayaqqabısını basketbolçu 1996-cı ilin finalında “Sietl SuperSoniks” komandasına qarşı oyunda geyinmişdi. Həmin qarşılaşmada məğlubiyyətə baxmayaraq, “Çikaqo Buls” seriyanı 4:2 hesabı ilə qazanmışdılar. Həmin titul Cordanın karyerasında dördüncüsü olmuşdu.
“Sotheby’s” hərrac evinin saytında, Cordanın bu ayaqqabılara imza atdığına görə daha da dəyərli olduğu qeyd olunur. Məlumata görə, alıcı ayaqqabılar üçün 482 min dollar ödəyib.
Xatırladaq ki, bu ayaqqabı Cordanın hərracda satılan ilk geyimi deyil. Bu ilin fevral ayında “Air Jordan” kolleksiyasından 8 ayaqqabı satışa çıxarılmışdı. Həmin kolleksiya 8 milyona satılmışdı.