ABŞ-də bir kişi sutka ərzində 26 100 dəfə oturub qalxıb. Bu da yeni dünya rekordudur.
Əvvəlki rekord bir sutkada 26 min oturub-durma idi. Toni Prayno adlı idmançı rekordunu müəyyənləşdirmək üçün səhər saat 5-dən oturub qalxmağa başlayıb. Bir sutka ərzində o, demək olar ki, dayanmadan hərəkətlərini davam etdirib. Hər 22 hərəkətdən sonra o, 30 saniyəlik ara verib. Bu qrafikin sayəsində onun nəticəsi 26 100-ə çatıb.
Toni, qazandığı pulların hamısının xeriyyə işlərinə xərclənəcəyini bildirib. O, ahıl insanlara yardım fondu “Horizon”a pulları köçürmək fikrindədir. Əlavə edək ki, Toninin bu rekorda görə qazancı 10 min ABŞ dolları təşkil edib.
Əvvəlki rekordun sahibi isə Co Reverdes idi. O, bu rekorda 4 il əvvəl imza atmışdı.