Marko Asensio Madridə qayıda bilər. “Real”ın sabiq futbolçusuna “Atletiko” elçi düşüb.

Futbolinfo.az xəbər verir ki, ötən yay 8 il formasını geydiyi “Kral klubu”nu tərk edərək PSJ-yə yollanan cinah yarımmüdafiəçisi Fransadakı həyatından məmnun deyil. Bu səbəbdən o, “Atletiko”nun təklifinə isti yanaşır. Parislilərlə razılıq əldə olunarsa, oyunçu elə bu yay vətənə qayıtmaq niyyətindədir.

İki illik müqaviləsi qalan 28 yaşlı oyunçunun transfer dəyəri 20 milyon avrodur. PSJ isə daha artığını tələb edir. “Atletiko” 5 milyon avroluq fərqi aradan qaldıra bilsə, Asensionu heyətinə qatacaq.

Xatırladaq ki, Marko cari mövsümdə forma geydiyi 23 matçda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp