“Kəpəz”in kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibəsi
– “Səbail”lə 3:3 hesablı heç-heçə etdiniz. Matç haqqında düşüncələrin necədir?
– Azarkeşlər üçün maraqlı oyun oldu, çoxlu qollar var idi. Düşünürəm ki, ilk hissə ədalətli keçdi, biz inamlı idik və yaxşı çıxış etdik. İkinci hissədə isə “Səbail” bizdən daha yaxşı oynadı. Yaxşı ki, hər şey belə bitdi və son dəqiqələtdə məğlubiyyətdən qaça bildik.
– 2:0-lıq üstünlüyü əldən verdiniz. Daha çox üzüntü var?
– Rəqib ikinci hissədə sürəti artırdı, biz isə hesabı qorumağa çalışdıq. Təbii ki, oyunda bu cür üstünlük əldə edirsənsə, nisbətən sakitlik yaranır. Birinci hissədə hər şey bizim lehimizə idi. İkinci hissədə isə sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik. Baxmayaraq ki, oyundan bir gün əvvəl rəqibi analiz etmişdik və məşqçilər korpusu bizə üstün cəhətləri barədə məlumat vermişdi. Diqqətli olmalıydıq, amma ola bilmədik, səhvlər nəticənin bu cür olmasına gətirib çıxardı.
– Səncə, üstünlüyü qoruya bilməməyinizin əsas səbəbi nədir?
– Dediyim kimi, ilk hissədə yaxşı oynadıq. Çox səhvlər buraxırıq, bu baxımdan stabillik yoxdur. 14 oyunda qapımızda qol görmüşük. Müdafiə xətti diqqətli oynamır, çox səhvlər buraxır.
– 3:3-ü ədalətli nəticə sayırsan?
– Təbii ki, qalib gəlmək istəyirdik. Heç kim bu cür oyunu uduzmaq istəməz. Heç-heçə etmək pis sayılmamamlıdır. Matçın ssenarisinə baxsaq, ədalətli nəticədir.
– Demək olar ki, Premyer Liqada yerinizi qorumusunuz və bundan sonra daha az təzyiqdə oynayacaqsız?
– Bəli, 15 xallıq fərq bizə sakit hazırlaşmağa imkan verir, təzyiq yoxdur, digər tapşırıqlarımıza doğru irəliləyirik. 8-ci yerlə aramızda bir xal fərq var, məncə, artıq tapşırığı yerinə yetirmişik. Premyer Liqada yerini qoruyub saxlamaqdan əlavə geridə qalan 6 matçda daha yuxarı pillələrdə olmalıyıq.
CAVAD