Fransa prezidenti Emmanuel Makron Olimpiya Oyunlarının açılış mərasimi üçün alternativ variant haqqında danışıb. Bu variant təhlükəsizlik baxımından problemlər zamanı üçün nəzərdə tutulub.

Xatırladaq ki, Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da Sena çayı üzərində olacaq. Fransa preizdenti terror aktlarının riskləri haqqında məlumat verib.

“Bizim B və C planlarımız var. Onlar üzərində paralel olaraq işlər gedir. Vəziyyəti real vaxtda təhlil edəcəyik. Açılış mərasimi üçün alternativ variant Trokadero meydanından ibarətdir. O zaman Sena çayında heç bir şey olmayacaq”, – deyə prezident qeyd edib.

Shares: