2023/24 mövsümündə milli çempionatlarda ən az qol buraxan komandalar müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, 25 və ya daha çox turun oynanıldığı liqalardakı statistik göstəricilərə əsasən, Azərbaycan klubu “Zirə” qitənin ilk “9-luğ”una düşüb.
Rəşad Sadıqovun yetirmələri Premyer Liqada keçirdiyi 30 matçda 18 qol buraxaraq buna nail olub. Qəsəbə təmsilçisi hazırda Avropanın ən yaxşı müdafiə xəttinə malik 9-cu komandasıdır.
“Zirə” hər görüşdə orta hesabla 0,60 qol buraxır. Bu baxımdan isə komanda Avropada ən yaxşı 8-ci göstəriciyə sahibdir.
Ən az qol buraxanlar:
1. “Ludoqorets” (Bolqarıstan) – 28 oyun / 15 qol
2. “Şkupi” (Şimali Makedoniya) – 27 / 16
3. “Boraç” (Bosniya və Herseqovina) – 26 / 16
4. “İnter” (İtaliya) – 32 / 17
5. PSV (Niderland) – 30 / 17
6. MOİK (Bolqarıstan) – 29 / 17
7-8. “Zalsburq” (Avstriya) – 26 / 17
7-8. “Şturm” (Avstriya) – 26 / 17
9. “Zirə” (Azərbaycan) – 30 / 18
Orta hesabla ən az qol buraxanlar:
1. “İnter” (İtaliya) – 32 oyun / orta hesabla hər oyunda 0,53 qol
2. “Larne” (Şimali İrlandiya) – 35 / 0,54
3. “Ludoqorets” (Bolqarıstan) – 28 / 0,54
4. PSV (Niderland) – 30 / 0,57
5. TNS (Uels) – 31 / 0,58
6. MOİK (Bolqarıstan) – 29 / 0,59
7. “Şkupi” (Şimali Makedoniya) – 27 / 0,59
8. “Zirə” (Azərbaycan) – 30 / 0,60
9. “Boraç” (Bosniya və Herseqovina) – 26 / 0,62