Rafael Nadal Barselonada başlayan turnirdə iştirakını rəsmən təsdiq edib.

“Bura gələrək qərarımı verməkdə son ana qədər tərəddüd edirdim. Lakin hər şey qaydasında olduğuna görə oynayacağımı təsdiq edə bilərəm.

Barselonada oynamaq üçün mənim üçün bir hədiyyədir. Bu il karyeramın sonudur. Buna görə də hər bir andan zövq almaq istəyirəm.

Məşqlər pis keçmədi. Yarışa bilərəm. Hələlik hər şey qaydasındadır”, – deyə ispan tennisçi bildirib.

Xatırladaq ki, Nadalın rəqibi bu gün italiyalı Flavio Kobolli olacaq. Barselona turnirinin 12 qat qalibi 680 gündən sonra ilk dəfə torpaq kortda oyuna çıxacaq.

Shares: