Emmanuel Makron İsrail və Rusiyanın Olimpiadada iştirakının fərqliliyinə aydınlıq gətirib.

Rusiya idmançıları oyunlara yalnız neytral statusda buraxılır. Müharibəni dəstəkləyən və komanda növündə çıxış edənlər isə ümumiyyətlə Parisdə olmayacaqlar.

“İsrail terrorçuların hücumuna məruz qalıb. Onların bundan sonrakı hərəkəti ilə barışmaya bilərik. Ancaq heç bir zaman İsraili hücum edən tərəf adlandırmağa haqqımız çatmaz. Məhz buna görə də Olimpiadada İsrail bayrağı olacaq. İsrail idmançıları oyunlarda çıxış edəcəklər. Ümid edirəm ki, onlar sülhün təbliğatçısı kimi çıxış iştirak edəcəklər”, – deyə Fransa prezidenti vurğulayıb.

Shares: