Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Vətənə dönüb.

Futbolinfo.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan komandanın qarşılanma mərasimi Heydər Əliyev Beynəlxalq Hava Limanında baş tutub.

Mərasimdə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri, media mənsubları, azarkeşlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakıya yalnız Dina Ulyanova qayıdıb. Yığmanın digər üzvləri isə Honkonqdan öz ölkələrinə gediblər.

Olimpiya Təsnifat turnirinin finalında Polşa üzərində 18:17 hesablı qələbə qazanan 3×3 basketbol millimiz olimpiadaya lisenziya əldə edən ilk komanda kimi Azərbaycan tarixinə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp