Parisdə keçiriləcək Olimpiya Oyunlarının məşəlinin alovlandırılma mərasimi keçirilib. Mərasim Yunanıstanda, Olimpiyada baş tutub.
Tədbirdə Yunanıstan prezidenti Katerina Sakellaropoulou, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax, Paris-2024 təşkilat komitəsinin rəhbəri Toni Estanqe, Fransanın idman naziri Ameli Oudea-Kastera, Yunanıstan MOK-un prezidenti, Avropa Olimpiya Komitələrinin prezidenti və BOK-un üzvü Spiros Kapralos iştirak ediblər.
Yunanıstanda Olimpiya məşəlinin estafeti 11 gün davam edəcək. Aprelin 26-da məşəl Afinada Paris Olimpiadasının təşkilatçılarına təhvil veriləcək. Ertəsi gün o, 120 illik tarixə malik üç dirəkli yelkənli “Le Belem” gəmisi ilə Fransaya yola düşəcək və mayın 8-də Marsel şəhərinin köhnə limanına çatdırılacaq.
Fransa ərazisindən keçən məşəlin estafeti 68 gün davam edəcək və iyulun 26-da oyunların açılış mərasimində başa çatacaq.