15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçirilən beynəlxalq yarışın mükafatına layiq görulüblər. 

Futbolinfo.az xəbər verir ki, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunan “Türk Dövlətləri” beynəlxalq  yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qazaxıstan seçməsi birinci, Türkiyə millisi ikinci yeri tutub.

Qeyd edək ki, sözügedən turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

Shares: