Daha bir özbək futbolçu İtaliyada oynaya bilər. “Parma” Abbosbek Fayzullayevlə yaxından maraqlanır.

Futboinfo.az xəbər verir ki, hazırda Moskva ÇSKA-sının şərəfini qoruyan 20 yaşlı yarımmüdafiəçi üçün tezliklə rəsmi təklif göndəriləcək. Onun yay transfer pəncərəsi dövründə B Seryası təmsilçisinə yollanması realdır.

5 milyon avro qyməti olan futbolçu ötən yay Rusiyaya köçüb. “Paxtakor” yetirməsi üçün moskvalılardan yarım milyon avro almışdı.

Xatırladaq ki, hazırda digər özbək futbolçu Eldar Şomuradov da İtaliyada oynayır. “Kalyari”nin üzvü A Seriyasının son turunda lider “İnter”in qapısına Milanda yol taparaq komandasının evə xalla qayıtmasında (2:2) önəmli rol oynadı. “Cenoa”, “Roma” və “Spetsiya”nın da formasını geymiş 28 yaşlı futbolçu ümidlər doğrultduğundan, indi onun həmyerlisi də diqqət mərkəzindədir.

Shares: