“Bizim yeni məşqçimiz var və onun gəlişinə adaptasiya olmağa çalışırıq” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mohammed Kadiri deyib.

Qanalı futbolçu komandasının durumundan və Misli Premyer Liqasının 30-cu turunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdən danışıb: “Hazırda komanda yeni məşqçinin taktikasına uyğunlaşmağa çalışır. “Neftçi” ilə matçın ikinci hissəsini yaxşı oyanmışdıq. Lakin zamana ehtiyacımız var. Yeniliyə, taktikalara öyrəşməyimiz lazımdır. Elmar Baxşıyev çox yaxşı insandır və yaxşı məşqçidir. Əgər daha çox şey əldə etmək istəyiriksə, birlik olmalıyıq. Çalışdırıcımızla birlikdə irəli getməliyik”.

28 yaşlı oyunçu komandanın son zamanlardakı uğursuz çıxışını isə belə şərh edib: “Sadəcə, bəxtsiz dönəm keçdik. Ciddi nəsə olmadı. Amma oyunlarda bəxtimiz gətirmirdi. Qarşıda “Səbail”lə matç var. Ona köklənib səhvlərimizi aradan qaldıraraq qalib gəlməliyik”.

Shares: