Aprelin 18-də Serbiyanın paytaxtı Belqradda kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.
Futbolinfo.az xəbər verir ki, 11 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə gücünü yoxlayacaq. Məşqçilər korpusu çempionatda Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Şamil Əsgərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.
Qadın boksçuların yarışında isə rinqə Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.
Qeyd edək ki, çempionatda 25 çəki dərəcəsində (13 kişi, 12 qadın) 35 ölkədən 400 boksçunun iştirakı gözlənilir.