Keçən həftə FİA gələn ilin təqvimini elan etdi. 2025-ci ildə Formula 1-də 24 qran-pri olacaq. Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali 25 yarşın da keçirilə biləcəyini vurğulayaraq təqvim haqqında fikirlərini söyləyib.

“Təsəvvür edin ki, bir neçə il əvvəl biz, 17 yarışlıq təqvim üçün qran-pri tapa bilmirdik. Bu gün isə 24 mərhələ olur.

Dünya səviyyəsində Formula 1-ə artan marağı nəzərə alaraq , 25 mərhələnin də baş tutma reallığını söyləyə bilərəm. Lakin fikrimcə, buna ehtiyac yoxdur. Hələlik 24 mərhələ optimal variantdır”, – deyə italyan funksioner “Canal+” televiziyasına müsahibəsində qeyd edib.

Shares: