“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”.

Futbolinfo.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya kişi basketbolçular arasında keçirilən Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”yə 73:91 hesabı ilə məğlub olduqları oyun barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis top itkilərinə çox yol verdiklərini bildirib: “Matça çox yaxşı hazırlaşmışdıq. Amma uzaq atışlarda yaxşı oynamadıq və ritmi əlimizdə tuta bilmədik. İlk hissəni rəqib bizdən 10 xallıq üstünlüklə tamamladı. Normalda uduzduğumuz matçlarda olduğu kimi, yenə çox top itkilərinə yol verdik. Bunu aradan qaldırmaq lazımdır. Buna görə də kubokun finalından kənarda qaldıq. Müdafiədə istədiyimizi edə bilsək də, hücumda lazım olan kimi oynamadıq. Yerli oyunçular meydanda olmalıdırlar, limit var”.

“Neftçi” ilə “Sərhədçi” arasında final görüşü aprelin 20-də keçiriləcək.

Shares: