Azərbaycan Şahmat Federasiyası yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.

Bu barədə Futbolinfo.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, indiyədək istifadə olunmayan və mövcud loqotiplərin elementlərini təkrarlamayan nümunələr təqdim olunmalıdır. Loqonun dizaynı özündə Azərbaycan şahmatına dair elementləri əks etdirməklə yanaşı, orijinal və konseptual görünüşlə fərqlənməlidir. Qalib gələn loqo istənilən tərzdə təbliğat məhsullarında istifadə etməyə uyğun olmalıdır.

Təkliflər 20 may 2024-cü ilə qədər logo@asf.org.az e-mail ünvanına göndərilməlidir. Layihəni təqdim edən şəxs emaildə adını, soyadını, əlaqə nömrəsini qeyd etməlidir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər. Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq.

Qalib loqonun müəllifinə 3000 manat mükafat təqdim ediləcək.

Shares: