Tanınmış şahmatçı Türkan Məmmədyarovanın qızı İnci Orman tennis üzrə Azərbaycan çempionu olub.
Futbolinfo.az xəbər verir ki, o, Bakı Tennis Akademiyasında 8-10 yaşlı qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmə idmançı turnirdə bütün rəqiblərinə qalib gəlib.
İnci Orman 3 ildən çoxdur peşəkar səviyyədə tennislə məşğul olur.