“Roma”nın mətbuat xidməti komandanın baş məşqçisi Daniele De Rossi ilə bağlı rəsmi açıqlama yayıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, De Rossi “Roma”nın sahibləri ilə görüş keçirib.

Qərara alınıb ki, De Rossi növbəti mövsümdə komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

İtaliyalı mütəxəssis “Roma”nın “sükanı arxasında” portuqaliyalı çalışdırıcı Joze Mourinyonu əvəzləyib. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 dəfə isə məğlub olub.

“Roma” A Seriyasında keçirdiyi 31 oyundan sonra 55 xalla turnir cədvəlində 5-ci yerdədir.

Shares: