“Atletiko” böyük dəyişikliklər ərəfəsindədir. Madrid klubu bu yay bir neçə futbolçusunu itirə bilər.

Futbolinfo.az xəbər verir ki, artıq Mario Hermosonun klubu tərk edəcəyi dəqiqləşib. Müqaviləsi başa çatan 28 yaşlı müdafiəçi yeni anlaşmaya razılıq verməyib. O, Madridi azad agent kim tərk edəcək.

Daha 3 oyunçunun hansı addımı atacağı idə bəlli deyil. Saul Niges, Anhel Korrea və Memfis Depay mövsüm bitdikdən sonra “Atletiko” ilə vidalaşa bilər. Onlar kifayət qədər oyun vaxtı qazanmadığı üçün paytaxt təmsilçisindən ayrılmağı düşünür.

Shares: