Keçən il Formula 1 üzrə çempionatın Yaponiya qran-prisində qalibləri orijinal dizaynda kubokla mükafatlandırmışdılar. Həmin kuboka toxunan zaman xüsusi işıqlarla bərq vururdu. Bu dəfə isə “Lenovo” mühəndisləri və “Pininfarina” dizaynerləri Çin qran-prisi üçün xüsusi kubok hazırlayıblar.
Rəmzi olaraq xarici görünüşdə kubok zeytun halqasını xatırladır. Belə bir kubokla əvvəllər də pilotlar mükafatlandırılırdı. Ancaq indiki kubok texnoloji baxımından daha müasirdir.
“Lenovo”dan verilən açıqlamaya görə, əsas məqsəd “çinlilərin tərəqqiyə və qələbəyə əzmli olması”nı nümayiş etdirməkdir. Hazırda Çin təqviminə görə Əjdaha ilidir. Yanıb-sönən naxış əjdahanın nəfəsinin təcəssümüdür.
Xatırladaq ki, Şanxayda keçiriləcək qran-pri bu həftəsonuna planlaşdırılır.