Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.

Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

Real Madrid – Barselona: 1

* 31 turdan sonra 78 xalla lider olan “Real” ən yaxın izləyicisi olan “Barselona”dan 8 xal öndədir.

* İlk dövrədə Barselonada keçirilən oyunda “Real” 2:1 hesabı ilə qalib gəlib.

* Madridlilər evdə keçirdiyi son 4 oyunda “quru” hesabla qalib gəlib.

* “Real” ötən mövsüm La Liqada evdə “Barselona”nı 3:1 hesabı ilə məğlub etmişdi.

SÜRPRİZ KUPON ÜÇÜN

Kayserispor – Trabzonspor: 2

* “Kayserispor” son 5 ev oyununda yalnız 1 dəfə uduzub.

* “Trabzonspor” son 3 oyunun 2-də uduzub.

* “Kayserispor” son 2 oyunda “Trabzonspor”u məğlub edib.

QARIŞIQ KUPON ÜÇÜN

Milan – İnter: qarşılıqlı qol

* “Milan” A Seriyasında son 21 oyunda qol vurub.

* “İnter” bu mövsüm çempionatda keçirdiyi bütün oyunlarda fərqlənib.

* “Milan”ın son 4 oyunundan 3-də qarşılıqlı qol qeydə alınıb.

* “İnter” son 4 oyunun 3-də həm özü qol vurub, həm də rəqibi fərqlənib.

* İlk dövrədə keçirilən oyunda “İnter” 5:1 hesabı ilə qalib gəlib.

ARZULANAN KUPON ÜÇÜN

Mançester Siti – Çelsi: 1

* “Mançester Siti” İngiltərə Kubokunun son qalibidir.

* Bu komandalar arasında keçirilən son 8 oyunun 6-da “Mançester Siti“ qalib gəlib.

* “Mançester Siti“  son 2 ölkə kubokunda “Çelsi“ni “quru“ hesabla məğlub edib.

* “Çelsi“ yarımfinala Çempionşip, “Mançester Siti“ isə Premyer Liqa komandalarını məğlub edərək çıxıb.

Shares: