Mövsümün sona yaxınlaşdıqca avrokuboklara vəsiqə qazanan komandalar və onların iştirak edəcəkləri turnirdəki səbətləri müəyyənləşir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” ölkəmizi növbəti dəfə Çempionlar Liqasında təmsil edəcək. Qurban Qurbanovun yetirmələri mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
Ağdamlılar I və II raundların püşkü zamanı səpələnməmişlər sırasında yer alacaq. “Qarabağ”ın hətta III təsnifat mərhələsində də güclülərin arasında qərarlaşmaq ehtimalı az deyil. Bu, komandanın yüksək əmsalından (33.000) qaynaqlanır.
Təbii ki, təmsilçimizin III raundda hansı səbətdə qərarlaşması əvvəlki mərhələlərdən yarışı davam etdirəcək və bu raunddan mübarizəyə qoşulacaq komandaların kimliyindən də asılı olacaq. İndiki məqama əsasən, “Qarabağ” səpələnmişlərə yaxın görünür.
Qeyd edək ki, Çempionlar Liqasında III raundun püşkatma mərasimi iyulun 22-də baş tutacaq. Qarşılaşmalar isə 6-7 avqust və 13 avqust tarixlərində oynanılacaq.