Formula 1 üzrə dünya çempionatının Çin qran-prisində sprint mərhələsinin təsnifatı baş tutub. Dəyişkən hava şəraitində keçən yarışda ən yaxşı nəticəni Lando Norris göstərib. “Maklaren” komandasının pilotu karyerasında ikinci dəfə sprint yarışında ilk sıradan start alacaq.

Ondan sonrakı nəticə həmyerlisi Lyuis Həmiltona məxsusdur. İkinci cərgədə “Aston Martin”dən Fernando Alonso və “Red Bull”dan Maks Ferstappen yer alacaq.

“Ferrari” komandasının ispan pilotu Karlos Sayns 5-ci nəticə göstərib. Ondan sonrakı yerdə Serxio Peres qərarlaşıb. Şarl Lekler 7-ci, Oskar Piastri isə 8-ci olub.

Ən yaddaqalan nəticələrdən biri “Zauber” komandasının pilotlarına məxsusdur. Valtteri Bottas və evdə çıxış edən Quanyu Jou final sessiyasına yüksəlməyi bacarıblar.

Shares: