“Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulundan komandada çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
Mövsüm bitmədən reallaşan bu vida yəqin ki, komandanın uğursuz nəticələri ilə bağlıdır. Komanda Premyer Liqada qalmaqdan əlini üzdüyü üçün belə addım atır. Qəbələlilər ötən ay digər isrilli Gilad Abramovla da vidalaşmışdı.