Yulian Naqelsmann “Bayern”in baş məşqçi postuna qayıtmayacaq. O, Almaniya millisi ilə müqaviləsinin müddətini daha iki illik uzatdı.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı mütəxəssis Almaniya Futbol İttifaqı ilə danışıqları uğurla başa vurub. Tərəflər bu yay başa çatacaq anlaşmanın 2026-cı ilədək uzadılması lə bağlı razılıq əldə edildiyini rəsmən açıqlayıb.

Xatırladaq ki, Naqelsmann Avropa Çempionatından sonra postundan ayrıla bilərdi. Lakin yekunda müqavilə müddətinin uzadılması lazım bilinib.

Shares: