Dani Olmo yayda “Leypsiq”i tərk edəcək. İspan yarımmüdafiəçiyə gələn təkliflərin çoxalması üzündən Almaniya klubunun onu saxlaması çətin görünür.

Futbolinfo.az xəbər verir ki, alman vinger iki nəhəng klubun diqqət mərkəzindədir. İspan həmkarlarımıza inansaq, “Barselona” və “Mançester Siti” futbolçunun agenti ilə təmasa keçib. Xüsusilə “Barsa” ötən ildən izlədiyi Olmonu heyətə qatmağa daha çox səy göstərir.

4 il öncə Zaqreb “Dinamo”sundan 29 milyon avroya transfer edilən 25 yaşlı futbolçu “Leypsiq”lə müqaviləsinin müddətini bir il öncə uzadıb. 2027-ci ilin yayınadək anlaşması olan Olmonu transfer etmək istəyən 60 milyon avrosundan keçməlidir. Almanlar “Barselona”nın yox, məhz “şəhərlilər”in bu məbləği ödəyəcəynə ümid edir. Dani özü isə vətəninə qayıtmağı arzulayır.

Shares: