Türkiyə 1-ci Liqasında 31-ci turun oyunları keçirilir. Azərbaycanlı futbolçu Sərtan Taşkının çıxış etdiyi “Manisa” səfərdə “Altay”la üz-üzə gəlib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi autsayderlə matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
31 turdan sonra 36 xal toplayan “Manisa” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.