Pekin marafonunun qalibləri xüsusi araşdırmadan sonra medallarından məhrum ediliblər.

“Reuters”in məlumatına görə, aprelin 14-də çinli He Jie yarım marafonda keniyalılar Villi Mnanqata və Robert Keteri, eləcə də efiopiyalı Dejene Hailu Bikilini qabaqlamışdı. Təşkilat komitəsi yarışın son hissəsindəki hadisələrdən şübhələnərək xüsusi araşdırma aparıb. Belə ki, afrikalı idmançıların qəsdən məğlub ola bilmə şübhələri yaranıb.

Qeyd olunur ki, yarışda He Jie bir qədər geridə olub. Lakin məsafənin son 2 kilometrində rəqiblər sürəti azaldıblar. Bunun da sayəsində Jie finişə hamıdan tez çatıb. Araşdırmadan sonra dörd idmançının nəticələri ləğv edilib.

Shares: