“Neftçi”nin iki futbolçusu bu gün “Zirə”yə qarşı keçirəcəkləri Premyer Liqanın 31-ci tur oyununu buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar.

Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Shares: