Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal əldə edib.
Futbolinfo.az xəbər verir ki, Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib.
Yığmamız 3 lent və 2 topla çıxışda 69,050 xal toplayıb.