Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutacaq.

“Kəpəz”  günün ilk matçında “Sabah”la üz-üzə gələcək. “Araz-Naxçıvan” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sumqayıt”a 1:4 hesabıyla uduzub. “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib – 3:1. “Qarabağ” – “Qəbələ” görüşündə isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
31-ci tur

21 aprel

“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu, 16:30

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena” 19:00

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp