Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə ilk matçında “Kəpəz” Sabah”la üz-üzə gəlib.

Bu oyun qonaq komandanın qələbəsiylə yekunlaşıb.

“Araz-Naxçıvan” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sumqayıt”a 1:4 hesabıyla uduzub. “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib – 3:1. “Qarabağ” – “Qəbələ” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.

Misli Premyer Liqası
31-ci tur

21 aprel

“Kəpəz” – “Sabah” 1:2
Qollar: Olavale Onanuqa, 61 – Kahim Parris, 12. İshak Belfodil, 34.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu, 16:30

Kəpəz: 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh.
Baş məşqçi: Krunoslav Renduliç.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp