Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” beynəlxalq turnirində iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin 3 üzvü fərdi çıxışda final mərhəlisinə vəsiqə qazanıb.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.
Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb.
Yarış aprelin 19-21-i aralığında keçirilir.