Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv 5 halqa ilə uğurlu çıxış edib.
Yığmamızın təqdim etdiyi proqram 36.100 xalla qiymətləndirilib. Yaponiya birinci, İtaliya ikinci olub.
Yığmamız Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünən çoxnövçülükdə (5 halqa, 3 lent, 2 top) bürünc medala yiyələnmişdi.