Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında “Araz-Naxçıvan”la “Səbail” üz-üzə gəliblər.

Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sumqayıt”a 1:4, “Kəpəz” “Sabah”a 1:2 hesabıyla uduzub. “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib – 3:1. “Qarabağ” – “Qəbələ” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.

Misli Premyer Liqası
31-ci tur

21 aprel

“Araz-Naxçıvan” – “Səbail” 0:2
Qollar: Aleksandr Ramalinqom, 32-pen. Yusif Nəbiyev, 75.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena” 19:00

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 55. Nir Bardea, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp