Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı “Yurqorden” macərasını tamamlamaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı forvard İsveç klubunda öz gələcəyini görmür. Təsadüfi deyil ki, Qurbanlı “İnstaqram” səhifəsində Stokholm təmsilçisini izləmədən çıxarıb. O, “Yurqorden”də oynaması ilə bağlı məlumatları silib. Bu da artıq komandada qalmaq istəmədiyindən xəbər verir (İsveç mətbuatı belə yazıb, amma əslində, elə deyil).

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp