“Barselona”nın baş məşqçisi Xavi 84 il sonra antirekordu təkrarlayıb. Bu, Kataloniya təmsilçisinin La Liqanın XXXII turunda səfərdə “Real”a uduzması nəticəsində (2:3) gerçəkləşib.

Xavi “El Klasiko”da ardıcıl dördüncü matçda uduzan ikinci mütəxəssis olub. Bundan əvvəlki üç görüşdə paytaxt klubu 4:0, 2:1 və 4:1 hesablı qələbələrə sevinmişdi.

Qeyd edək ki, “Barselona” daha əvvəl baş məşqçi Patrik Okonnell ilə 1935-1940-cı illərdə “El Klasiko”da ardıcıl 4 məğlubiyyət alıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp