“Borussiya” Ceydon Sançonu heyətində saxlamaq istəyir. Dortmundlular komandanın Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanmasında böyük rol oynayan yarımmüdafiəçini almaq üçün yayda səhd edəcək.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı Yamayka əsilli ingiltərəli qışda “Mançester Yunayted”dən icarəyə götürülüb. “Mankunianlar”ın baş məşqçisi Erik ten Haqla yola getmədiyi üçün Almaniyaya üz tutan futbolçu burada qısa müddətdə özünü sübut edib.

Sanço ten Haq istefaya göndəriləcəyi halda 2021-ci ildən məxsus olduğu “Mançester Yunayted”ə qayıdacaq. Əks halda o, satılmasını tələb edəcək. “Borussiya” bazar qiyməti 25 milyon avroya enən Ceydonu almağın əleyhinə deyil.

Xatırladaq ki, mançesterlilər Sançonu məhz “Borussiya”dan 85 milyon avroya transfer etmişdi. Onun klubla hələ iki illik müqaviləsi var.

Shares: