“Yaxşı və çətin oyun oldu. Çünki biz çempiona qarşı oynayırdıq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Əyyub Allaş deyib.

Belçikalı futbolçu Misli Premyer Liqasının 31-ci turunda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri oyundan danışıb: “Çempiona qarşı oynamaq ağır və çətindir. Əlbəttə ki, bizim üçün də asan olmadı. Amma ən azından heç-heçə edə bildik. Əlbəttə, bu cür heç-heçə komanda üçün motivasiyadır”.

Yarımmüdafiəçi iki gün sonra Azərbaycan Kubokunun yarımfinalında “Zirə”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Bizim üçün çox vacib oyundur. “Zirə” güclü rəqibdir. Səfərdə 1:2 hesabı ilə uduzmuşuq və geridönüş edə bilərik. Düşünürəm ki, finala çıxmaq üçün şansımız var”.

Shares: