MBA-da pley-off seriyasının ilk oyunları keçirilib. Çempionatı birinci sırada tamamlamış “Boston Seliks” doğma arenada “Mayami Hits”ə qalib gəlib – 114:94. Ceyson Teytum görüşdə tripl-dabl edib: 23 xal, 10 ribaund və 10 asist.

“Los-Anceles Klippers” də ilk oyunun taleyini matçın birinci yarısında həll edib. Kaliforniyalılar “Dallas Maveriks”i 109:97 hesabı ilə məğlub ediblər. Meydan sahiblərinin heyətində Ceyms Harden 28 xalla ən məhsuldar oyunçu olub. Qonaqların sloveniyalı basketbolçusu Luka Donçiçin aktivində isə 33 xal var.

“Miluoki Baks” da oyunun ilk hissəsini əla keçirib. Komanda böyük fasiləyə üstünlüklə yollanıb. Lakin fasilədən sonra “İndiana Peysers” oyununu təkmilləşdirməyi bacarıb. Buna baxmayaraq, meydan sahibləri qalib gəliblər – 109:94. Demien Lillardın aktivində 35 xal var. Bu xallarının hamısını o,  oyunun birinci hissəsində toplayıb.

Gecənin ən maraqlı oyunu “Oklahoma-Siti Tander”lə “Nyu Orlean Pelikans” arasında olub. Meydan sahibləri 94:92 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, MBA-da seriyaların ilk oyunları geridə qalıb. Qalib gələn komandalar seriyada 1:0 hesabı ilə öndədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp