Dünya reytinqinin keçmiş bir nömrəsi, “Böyük dəbilqə” seriyalı turnirin qalibi Naomi Osaka “Real”-“Barselona” oyununda olub. Yaponiyalı tennisçi Tibo Kurtua ilə şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşıb.

Belçikalı qapıçı Oskaya adı yazılmış xüsusi forma hədiyyə edib. “İrəli, Madrid, təşəkkürlər, Tibo!”, – deyə Osaka qeyd edib.

Xatırladaq ki, “Santyqao Bernabeu”da baş tutan oyun 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Müalicəsi davam edən Kurtua oyunda iştirak etməyib.

Shares: