Şahmatda müddətinə görə yeni rekord qeydə alınıb. Şahmatçılar 60 saat ardıcıl oynayaraq yeni dünya rekordu müəyyənləşdiriblər.

29 yaşlı Nigeriya çempionu Tunde Onakoya tarixin ən uzun oyununu keçirib. Əvvəlcə o, 58 saat oynamağı planlaşdırırdı, amma oyunun müddəti 60 saata çatıb. Onun rəqibi amerikalı Şon Martinez olub. Onlar təqribən iki sutka yarım Nyu-Yorkun “Tayms” meydanında fasiləsiz oynayıblar.

Onakoya bu oyunu xeyriyyə məqsədilə təşkil edib. Şahmatçı 1 milyon dollar toplamağı bacarıb. Bütün pullar aztəminatlı ailələrdən olan afrikalı uşaqların təhsilinə yönəldiləcək.

Shares: