Dünən baş tutan “El-Klassiko”nu müxtəlif sahələrin ulduzları da izləyiblər.

Tennisçilər – Rafael Nadal, Novak Cokoviç, Karlos Alkaras, aktyor və rejissor Endi Qarsiya və Amerika futbolunun ulduzu Tom Bredi qarşılaşmaya fəxri lojada prezident Florentino Pereslə birlikdə tamaşa ediblər.

Qələbə qoluna hamıdan emosional reaksiya verən Rafael Nadal olub.

Oyundan sonra isə Tom Bredi paltardəyişmə otağına daxil olaraq madridlilərlə şəkil də çəkdirib.

Shares: