Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, finalda “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.

İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə “Murov Az Terminal” oyunçuları üstün olublar – 27:25, 25:19.

Dördüncü setdə “Azərreyl” istəyinə çatıb – 32:30.

Həlledici, qızıl setdə (15:13) də üstün olan “Azərrey” rəqibə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb.

Üçüncü yer uğrunda görüşdə “Neftçi” MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.

Shares: