17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində bu gün ilk oyununu keçirəcək. Komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Matç saat Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, U-17 turnir çərçivəsində Özbəkistan və Tacikistan yığmaları ilə də üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp